Statistik linqvistika
1. Kompüter linqvistikasının aparıcı istiqaməti hesab olunur. Bu, kompüter linqvistikasının bütün istiqamətlərinin fəaliyyətinə əsaslanır və onun bazasıdır (əsası, özülüdür). 2. Linqvistik obyektləri ənənəvi statistik metodların köməyi ilə öyrənir. 3. Ənənəvi statistik aparatı istifadə edən nitq əsərinin və dil sisteminin tədqiqi ilə məşğul olub, dilin statistikasında və dinamikasında ona tətbiq edilən ümumi statistik qanunları (qanunauyğunluqları) ortaya çıxaran kompüter linqvistikasının istiqamətidir. Statistik leksikoqrafiya vasitəsilə o xarici dil təlimi metodikası ilə əlaqədə olub, təlimin optimizasiyası ilə də bağlıdır, baza dilinin parametrlərini müəyyənləşdirməklə, dillərin tədrisinin statistik optimizasiyasının parametrlərini müəyyənləşdirməklə və həyata keçirməklə, bir tərəfdən, mühəndis linqvistikası ilə - maşın tərcüməsi sahəsi ilə bağlıdır ki, linqvostatistik xarakteristikalar əsasında bir, iki, və çoxmənalı tezlik lüğətlərinin tərtibatını təmin edir ki, onlar maşın tərcüməsi sistemində avtomatlaşmış maşın lüğətlərinin əsas bazası olmaqla, maşının köməyi ilə tərcüməni təmin edir. Alqoritmin linqvistika ilə xarici dillərin kompüter vasitəsilə tədrisinin optimizasiyasında mühüm rol oynamaqla, söz siyahısının tezliyini müqayisə etməyə imkan verməklə və dərsliyin keyfiyyətini müəyyənləşdirməklə, dərslik materialının kəmiyyət dəyərinin avtomatik hesabını aparır. 4. Tezlik lüğətlərinin tətbiqi və istifadəsi məsələləri ilə məşğul olan statistik leksikoqrafiyanın başlıca komponenti.